VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 225016
Dövlət orqanının adı: Naxçıvan MR Gənclər və İdman Nazirliyinin strukturuna daxil olan Şahbuz Rayon Gənclər və  İdman İdarəsi
Şöbənin adı: Şahbuz Rayon Gənclər və  İdman İdarəsi
Vəzifənin adı: Məsləhətçi-mühasib
Vəzifə maaşı: 475 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Naxçıvan MR, Şahbuz rayon, Heydər Əliyev prospekti 10
Bilavasitə tabe olduğu şəxs: İdman idarəsinin rəisi
Qulluq funksiyaları: -Əmək haqlarının hazırlanması və ödənilməsinin təmin edilməsi
-Mühasibat uçotu işinin təşkili və aparılması
-Xəzinə və bank əməliyyatlarında hesablara müxabirləşmə verilməsi
-Əsas vəsaitlərin, azqiymətli və tez köhnələn əşyaların hərəkətinə nəzarət edilməsi
-Debitor və kreditorlarla hesablaşmaların aparılması üzrə tədbirlərin görülməsi
-Statistika, vergi, maliyyə və digər hesabatların hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi

-Rüblük balans və proqnoz hesabatlarının hazırlanması
Təhsilə dair tələblər: İqtisadiyyat və idarəetmə ixtisasları qrupu
İş stajına dair tələblər: Tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: (MS WINDOWS, MS OFFICE, INTERNET və sairə)-orta səviyyədə
Xarici dil bilikləri: Rus dili -A1; İngilis dili -A1
Təşkilatçılıq səriştəsi: Orta səviyyədə
Problemi həll etmək səriştəsi: Orta səviyyədə
Qərarvermə qabiliyyəti: Orta səviyyədə
Ünsiyyət qabiliyyəti: Orta səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları