VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 810116
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi
Şöbənin adı:  
Vəzifənin adı: Məsləhətçi
Vəzifə maaşı: 730 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 6-cı təsnifatı
İş yerinin ünvanı: Naxçıvan MR, Naxçıvan şəhəri, Azərbaycan küçəsi 53
Bilavasitə tabe olduğu şəxs: Məhkəmənin sədri
Qulluq funksiyaları: --- Vətəndaşların qəbulu;
--- qanunvericiliyin sistemləşdirilməsi və kodifikasiyası;
--- məhkəmə təcrübəsinin ümumiləşdirilməsi;
--- məhkəmə statistikasının aparılması və s.
Təhsilə dair tələblər: Hüquqşünaslıq və beynəlxalq hüquq ixtisası üzrə ali təhsil
İş stajına dair tələblər: Tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: MS WİNDOWS, MS OFFİCE, İNTERNET (orta səviyyədə)
Xarici dil bilikləri: İngilis dili-B1
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir:

Azərbaycan Respublikasının Konstitusiyasını, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının Mülki Prosessual və İnzibati Prosessual Məcəllələrini, “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunlarını, “Məhkəmələrdə kargüzarlığın aparılmasına dair Təlimat”ı, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan və Naxçıvan haqqında ümumi məlumatları.