VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 760104
Dövlət orqanının adı: Kəngərli Rayon Məhkəməsi
Şöbənin adı: Məhkəmənin aparatı
Vəzifənin adı: Böyük Məsləhətçi
Vəzifə maaşı: 435 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Kəngərli rayonu, Qıvraq qəsəbəsi
Bilavasitə tabe olduğu şəxs: Məhkəmənin sədri
Qulluq funksiyaları: -vətəndaşların qəbulu
-kadrlarla işin həyata keçirilməsi
-kargüzarlığın aparılmasına istiqamət verilməsi
-hakim tərəfindən verilmiş tapşırıqların vaxtında icrasının təmin edilməsi
-icra və əmək intizamına riayət edilməsi
Təhsilə dair tələblər: Ali hüquq təhsilli
İş stajına dair tələblər: Tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet (orta səviyyə)
Xarici dil bilikləri: Rus dili (B1), ingilis dili (B1)
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir:

Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitutsiyaları, Azərbaycan Respublikasının “Dövlət Qulluğu haqqında”,  “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Vətəndaşların müraciətləri haqqında” qanunları, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiylarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas bilikləri, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası haqqında ümumi məlumatlar