VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 242115
Dövlət orqanının adı: Babək Rayon Maliyyə İdarəsi
Sektorun adı: Xəzinə əməliyyatı sektoru
Vəzifənin adı: Aparıcı məsləhətçi
Vəzifə maaşı: 490 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Babək rayonu
Bilavasitə tabe olduğu şəxs: Xəzinə əməliyyatı sektorunun müdiri
Qulluq funksiyaları:

-Hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsinin və sonrakı üç il üçün dövlət büdcəsinin göstəricilərinin hazırlanmasında iştirak etmək, büdcənin icrasına dair hesabat sənədlərinin hazırlanmasını və dövlət büdcəsinin kassa icrasının həyata keçirilməsini təmin etmək;
-Büdcəyə daxilolmaların vəziyyətindən asılı olaraq və büdcə kəsiri nəzərə alınmaqla (müdafiə olunan xərc maddələri istisna olmaqla) təsdiq edilmiş dövlət büdcəsində nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsini təmin etmək;
-Dövlət büdcəsindən maliyyələşən təşkilatların sifarişi və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsait həddində maliyyələşməsinin həyata keçirilməsini təmin etmək;
-Dövlət büdcəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üzrə ayrılan vəsaitlərdən təyinatı üzrə istifadə olunmasına, habelə büdcədənkənar vəsaitlərin təsdiq edilmiş smetaya uyğun istifadəsinə dövlət büdcəsinin kassa icrası prosesində cari nəzarətin həyata keçirilməsini təmin etmək;
-İdarənin xəzinədarlıq strukturunda xəzinə işlərinin müvafiq qaydalara uyğun qurulmasına, büdcə vəsaitinin hərəkətinin xəzinə hesabında düzgün əks etdirilməsinə, mövcud kredit resursu və büdcə limiti həddinin gözlənilməsi prinsipinə əməl edilməsinə, ödəniş üçün əsas olan təsdiqedici sənədlərin mövcud qanunvericiliyə uyğunluğuna operativ nəzarəti təmin etmək;
-Xəzinə işlərinin normativ sənədlərin tələblərinə uyğun təşkilinin və aparılmasının icra vəziyyətini yoxlamaq;
-Qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;
-Büdcə təşkilatları tərəfindən alınan mal, iş və xidmətlərin xəzinə hesab kitablarında uçota alınmasını təmin etmək;
-Dövlət xəzinədarlığının idarəedilməsi sahəsində normativ tənzimləmənin həyata keçirilməsi ilə bağlı rəhbərliyə təkliflər vermək;
-Aidiyyatı üzrə idarəyə daxil olan məktublara və vətəndaş müraciətlərinə baxmaq və müvafiq qaydada cavab hazırlamaq.

Təhsilə dair tələblər: Müvafiq sahə üzrə ali ixtisas təhsili
İş stajına dair tələblər: Tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə)
Xarici dil bilikləri:  
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir: Yuxarı vəzifəli şəxslərin qərar və göstərişlərini;
Azərbaycan Respublikasının Konstitusiyasını; Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını;
Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətləri haqqında" qanunlarını;
Dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları;
Qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini;
Azərbaycan və Naxçıvan haqqında ümumi məlumatları.