VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 243125
Dövlət orqanının adı: Culfa Rayon Maliyyə Şöbəsi
Sektorun adı: Büdcə proqnozu və iqtisadi təhlil sektoru
Vəzifənin adı: Gəlirlərin proqnozu üzrə aparıcı məsləhətçi
Vəzifə maaşı: 480 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Culfa rayonu
Bilavasitə tabe olduğu şəxs: Büdcə proqnozu və iqtisadi təhlil sektorunun müdiri
Qulluq funksiyaları:

-Dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasına dair alınmış materialları ümumiləşdirmək;
-Dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasına dair ayrı-ayrı daxilolmalar üzrə proqnozların haqq-hesablarını tərtib etmək;
-Aylıq, rüblük və illik daxilolmalar barədə məlumatlar almaq və onları ümumiləşdirmək;
-Dövlət büdcəsinin mədaxil hissəsinin proqnozunun icrasına dair aylıq, rüblük və illik proqnozların hazırlanması və onların müvafiq orqanlara təqdim edilməsini təmin etmək;
-Qeyri-vergi gəlirlərinin mənbələr üzrə dövlət büdcəsinə daxilolmalarının vəziyyətini və dinamikasını təhlil etmək;
-Dövlət büdcəsindən maliyyələşən təşkilatların mənbələr üzrə büdcədənkənar gəlirlərinin qanunvericilik aktlarına uyğunluğunu təmin etmək üçün təkliflər hazırlamaq;
-Dövlət tərəfindən tənzimlənən tariflərin (qiymətlərin) dərəcəsi barədə daxil olmuş sənədlərin təhlil edilməsini və onlara dair rəy və təkliflərin hazırlanmasını təmin etmək;
-Aksiz markalarına və digər müdafiəli sənədlərə olan tələbatın müəyyən edilməsi, onların sifariş edilməsi və satılması üçün təkliflər hazırlamaq;
-Aksiz markalarının mədaxili, məxarici, qalığı və onların növlər üzrə miqdar uçotunu aparmaq;
-Aksiz markalarının satışından daxil olan vəsaitlərin üzləşməsini aparmaq;
-Satılmış aksiz markaları barədə məlumat hazırlamaq;
-Orta və uzunmüddətli makroiqtisadi göstəricilərin proqnozlaşdırılmasını həyata keçirmək;
-Təyin edilmiş monitorinq, yoxlama və təhlillərin aparılmasını təmin etmək və onlarda iştirak etmək;
-Aidiyyatı üzrə şöbəyə daxil olan məktublara və vətəndaş müraciətlərinə baxmaq və müvafiq qaydada cavab hazırlamaq.

Təhsilə dair tələblər: Müvafiq sahə üzrə ali ixtisas təhsili
İş stajına dair tələblər: Tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə)
Xarici dil bilikləri:  
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir: Yuxarı vəzifəli şəxslərin qərar və göstərişlərini;
Azərbaycan Respublikasının Konstitusiyasını; Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını;
Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətləri haqqında" qanunlarını;
Dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları;
Qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini;
Azərbaycan və Naxçıvan haqqında ümumi məlumatları.