VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 244203
Dövlət orqanının adı: Ordubad Rayon Maliyyə Şöbəsi
Sektorun adı: Xəzinə əməliyyatının uçotu sektoru
Vəzifənin adı: Baş məsləhətçi
Vəzifə maaşı: 505 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Ordubad rayonu
Bilavasitə tabe olduğu şəxs: Xəzinə əməliyyatının uçotu sektorunun müdiri
Qulluq funksiyaları:

-Dövlət büdcəsinin icrası üzrə xəzinə əməliyyatlarının uçotu və hesabatı işlərinin təşkilinə metodiki rəhbərliyi həyata keçirmək;
-Dövlət büdcəsi vəsaitinin idarə edilməsinin, o cümlədən mərkəzləşdirilmiş xərclər üzrə nəzərdə tutulmuş resurslardan istifadənin səmərəliliyinin təmin edilməsi məqsədilə maliyyə planlaşdırılmasının həyata keçirilməsini təmin etmək;
-Müəyyən olunmuş qaydada, lakin dövlət büdcəsinin təsdiq olunmuş göstəricilərindən artıq olmamaq şərtilə büdcə xərcləri üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəlik götürülməsini, bu öhdəliklər çərçivəsində alınmış mal, iş və xidmətlərinin xəzinə uçotuna qəbul edilməsini və kassa xərclərinin aparılmasını təmin etmək;
-Dövlət maliyyəsindən istifadə sahəsində şəffaflığı təmin etmək məqsədilə dövlət büdcəsindən maliyyələşən bütün idarə, müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatlarının müvafiq uçot qaydalarına uyğun uçotunun aparılmasını təmin etmək;
-Dövlət büdcəsinin icrasına dair hesabatın layihəsinin və icmal hesabatın hazırlanmasını təmin etmək;
-Qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;
-Büdcə təşkilatları tərəfindən alınan mal, iş və xidmətləri xəzinə hesab kitablarında uçota alınmasını təmin etmək;
-Aidiyyatı üzrə şöbəyə daxil olan məktublara və vətəndaş müraciətlərinə baxmaq və müvafiq qaydada cavab hazırlamaq.

Təhsilə dair tələblər: Müvafiq sahə üzrə ali ixtisas təhsili
İş stajına dair tələblər: Vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 ildən 2 ilədək iş stajı
Kompüter biliklərinə dair tələblər: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə)
Xarici dil bilikləri:  
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir: Yuxarı vəzifəli şəxslərin qərar və göstərişlərini;
Azərbaycan Respublikasının Konstitusiyasını; Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını;
Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətləri haqqında" qanunlarını;
Dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları;
Qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini;
Azərbaycan və Naxçıvan haqqında ümumi məlumatları.