VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 250023
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi
Şöbənin adı: Aparat
Vəzifənin adı: Baş məsləhətçi-mətbuat və ictimaiyyətlə əlaqələr üzrə
Vəzifə maaşı: 645 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 6-cı təsnifatı
İş yerinin ünvanı: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1
Bilavasitə tabe olduğu şəxs: Aparat rəhbəri
Qulluq funksiyaları: -Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək;
-Sahə üzrə proqram və tədbirlər planlarının hazırlanmasında iştirak etmək;
-Nazirliyin Aparatının bölmələrinin, strukturuna daxil olan və tabeliyindəki qurumların fəaliyyəti ilə bağlı KİV-lə əlaqələri qurmaq və ictimaiyyətin məlumatlandırılması sahəsində işləri təşkil etmək və tənzimləmək;
-Nazirlik və tabe təşkilatlar tərəfindən keçirilən mədəni-kütləvi tədbirləri KİV-də işıqlandırılmasını təmin etmək;
-Nazirliyin internet saytındakı məlumatları mütəmadi yeniləmək və informasiya yükünü artırmaq;
-Nazirliyin həyata keçirdiyi dövlət siyasəti ilə əlaqədar müsahibələr vermək;
-Nazirliyin aylıq, rüblük, yarımillik və illik fəaliyyətinə dair hesabatlar və məqalələr hazırlamaq.
Təhsilə dair tələblər: Humanitar və sosial ixtisaslar qrupu (jurnalistika, dövlət və ictimai münasibətlər, filologiya)
İş stajına dair tələblər: Naxçıvan Muxtar Respublikasının mətbuat orqanlarında 2 il iş stajı
Kompüter biliklərinə dair tələblər: MS WİNDOWS, MS OFFİCE, İNTERNET və JOOMLA (yüksək səviyyədə)
Xarici dil bilikləri: Rus dili-B1 və ingilis dili-B1
Təşkilatçılıq səriştəsi: Orta səviyyədə
Problemi həll etmək səriştəsi: Ortasəviyyədə
Qərarvermə qabiliyyəti: Orta səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında, inzibati icraat haqqında və Nazirliyin əhatə etdiyi sahələr üzrə qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri