VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 256016
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi
Şöbənin adı: Kəngərli Rayon Mədəniyyət Şöbəsi
Vəzifənin adı: Məsləhətçi
Vəzifə maaşı: 475 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Kəngərli rayonu, Qıvraq qəsəbəsi
Bilavasitə tabe olduğu şəxs: Kəngərli Rayon Mədəniyyət Şöbəsinin müdiri
Qulluq funksiyaları: -Vəzifəsi üzrə rəhbərlik tərəfindən və müvafiq struktur bölmənin müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirmək;
-Şöbə daxilində mədəniyyət siyasətinin həyata keçirilməsinə və inkişaf etdirilməsinə dair proqramların, tədbirlər planlarının hazırlanması və icrasında iştirak etmək;
-Şöbənin tabeliyində olan mədəniyyət müəssisələrinin işinə nəzarət etmək və onlara lazımi metodiki köməkliyin göstərilməsini təmin etmək, yeni layihələr və təkliflər hazırlmaq;
-Şöbə tərəfindən keçirilən tədbirlərin təşkil edilməsində iştirak etmək;
-Şöbədə yaradılan yoxlama-reyd briqadalarının işində iştirak etmək;
-Şöbəyə daxil olan vətəndaş müraciətlərinin qeydiyyatını aparmaq və cavablandırmaq;
-Şöbədaxili kargüzarlıq işlərinin aparılmasına cavabdehlik daşımaq, tabe müəssisələrdə kargüzarlığın aparılmasına nəzarət etmək.
Təhsilə dair tələblər: Mədəniyyət və incəsənət ixtisasları qrupu (instrumental ifaçılıq, muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, sənətşünaslıq, dirijorluq, bəstəkarlıq, musiqişünaslıq, xalq çalğı alətləri ifaçılığı, rejissorluq, kinoşünaslıq, bədii yaradıcılıq və ekran dramaturgiyası) Humanitar və sosial ixtisaslar qrupu (filologiya, kitabxanaçılıq və informasiya)
İş stajına dair tələblər: Tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet (yüksək səviyyədə)
Xarici dil bilikləri: Tələb müəyyən edilmir
Təşkilatçılıq səriştəsi: Orta səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Orta səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında, inzibati icraat haqqında və Nazirliyin əhatə etdiyi sahələr üzrə qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri