VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 258007
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi
Şöbənin adı: Naxçıvan Şəhər Mədəniyyət Şöbəsi
Vəzifənin adı: Baş mühasib
Vəzifə maaşı: 550 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1
Bilavasitə tabe olduğu şəxs: Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin müdiri
Qulluq funksiyaları: -Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək;
-Sahə üzrə proqram və tədbirlər planlarının hazırlanmasında iştirak etmək;
-Direktiv orqanlardan daxil olan qərar, sərəncam və əmrləri vaxtında icra etmək;
-Müəssisənin aylıq, rüblük və illik dövriyyə balansını tərtib etmək;
-Müəssisələrlə (debitor və kreditor) hesablaşmaları aparmaq;
-İdarə üzrə bank və kassa əməliyyatlarının uçotunu aparmaq;
-İdarənin mal-material qiymətlərinin hərəkətinin uçotunu aparmaq, inventarlaşdırmada iştirak etmək;
-İdarənin və tabeliyindəki müəssisələrin dövrlər (aylıq, rüblük, illik) üzrə hesabatlarını tərtib etmək və lazımi orqanlara göndərmək;
-Müxtəlif tədbir və proqramlar üzrə ayrılmış vəsaitin hərəkət uçotunu və hesabatını aparmaq;
-Tabelikdə olan müəssisə və təşkilatlardan xərclər smetasının (illik, rüblük) icrası barədə hesabatları qəbul etmək, təhlil və  ümumiləşdirmə aparmaq, yekun hesabatı tərtib etmək.
Təhsilə dair tələblər: İqtisadiyyat və idarəetmə ixtisasları qrupu (mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyat)
İş stajına dair tələblər: 1 il ümumi iş stajı
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet (yüksək səviyyədə)
Xarici dil bilikləri: Tələb müəyyən edilmir
Təşkilatçılıq səriştəsi: Orta səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Orta səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında, inzibati icraat haqqında və Nazirliyin əhatə etdiyi sahələr üzrə qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri