VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 740005
Dövlət orqanının adı: Ordubad Rayon Məhkəməsi
Şöbənin adı:  
Vəzifənin adı: Hakim köməkçisi
Vəzifə maaşı: 425 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Ordubad şəhəri Mənsurağa 8
Bilavasitə tabe olduğu şəxs: Məhkəmənin sədri
Qulluq funksiyaları:

-məhkəmə qərarlarını çap dilməsi, lazımlı sayda çoxaldılması,aidiyyəti üzrə göndərilməsinin təmin edilməsi;
-qanunların və digər normativ hüquqi aktların, normativ xarakterli aktların, o cümlədən onlara edilmiş əlavə və dəyişikliklərin sistemləşdirilməsi;
-məhkəməyə daxil olmuş qanun və qərar layihələrinin öyrənilməsinin təşkili və bu layihələrlə əlaqədar rəy və təkliflərin hazırlanmasının təmin edilməsi;
-vətəndaşların qəbulunun, müraciətlərin baxılmasının təmin edilməsi;
-məhkəmə sədrinin tapşırığı ilə və öz səlahiyyətləri daxilində digər işlərin həyata keçirilməsi;
-qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi və s.

Təhsilə dair tələblər: Hüquqşünaslıq və beynəlxalq hüquq ixtisası istiqamətləri üzrə ali təhsil
İş stajına dair tələblər: Tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: (МС WINDOWS, MS OFFICE, INTERNET və sairə)- orta səviyyədə
Xarici dil bilikləri: Rus dili-A1;  İngilis dili-A1
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir:

Azərbaycan Respublikasının Konstitusiyasını, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını, “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunlarını, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsini, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsini, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsini, Azərbaycan və Naxçıvan haqqında ümumi məlumatları.