VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 770106
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikası Sədərək Rayon Məhkəməsi
Şöbənin adı:  
Vəzifənin adı: Məsləhətçi-Məhkəmə iclas katibi
Vəzifə maaşı: 430 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Sədərək rayonu, Heydərabad qəsəbəsi
Bilavasitə tabe olduğu şəxs: Məhkəmənin sədri
Qulluq funksiyaları:

-İşlərin məhkəmə baxışına təyin edilməsini, tərəflərin və şahidlərin məhkəmə iclasına çağırılmasının təmin edilməsi, məhkəmə iclasının protokolunun hazırlanmasının təmin edilməsi, məhkəmə qərarlarının çap edilməsi, lazımi sayda çoxaldılması və aidiyyat üzrə göndərilməsinin təmin edilməsi işlərin tikilib sıralanmasının təmin edilməsi

Təhsilə dair tələblər: Hüquqşünaslıq və beynəlxalq hüquq istiqamətləri üzrə ali təhsil
İş stajına dair tələblər:  
Kompüter biliklərinə dair tələblər: MS WİNDOWS, MS OFFICE, INTERNET  və.s (orta səviyyədə)
Xarici dil bilikləri: Rus dili (orta səviyyədə)
Təşkilatçılıq səriştəsi: Ona tapşırılmış işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə əlaqədar özünün  və tabeliyində olan ehtiyyatları məqsədlərə doğru düzgün istiqamətləndirə bilmək qabiliyyəti
Problemi həll etmək səriştəsi: Problemlər qarşısında özünü itirməmək, problemin səbəbini, kökünü təyin etmək, məlumatlar və faktlar əsasında düzgün mühakimə yeritmək, onun həllinə obyektiv yanaşaraq həmin problemi həll etmək və düzgün qərar qəbul etmək qabiliyyəti
Qərarvermə qabiliyyəti: Məsələlərin həlli və icrası üçün yeni təkliflər vermək , fikirlər irəli sürmək, onları həyata keçirə bilmək, gündəlik işlərdən əlavə işlər görməyə təşəbbüs göstərmək qabiliyyəti
Ünsiyyət qabiliyyəti: Fikir, rəy və hissləri şifahi nitq, yazışmalar və hərəkətlər vasitəsilə ifadə etmək qabiliyyəti
Bilməlidir:

Azərbaycan Respublikasının Konstitusiyasını, Naxçıvan Konstitusiyasını, “Dövlət Qulluğu haqqında”,”Korrupsiyaya Qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “ Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə - ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları