VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 790106
Dövlət orqanının adı: Şərur Rayon Məhkəməsi
Şöbənin adı:  
Vəzifənin adı: Məsləhətçi-məhkəmə iclas katibi
Vəzifə maaşı: 435 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Şərur  şəhəri, 28 May  küçəsi 3
Bilavasitə tabe olduğu şəxs: Məhkəmənin sədri
Qulluq funksiyaları: -hakimin icraatına daxil olmuş işlərin məhkəmə baxışına dair qeydlərin aparılması;
-işləri oxuyub təhlil etdikdən sonra gəldiyi nəticə ilə hakimin məlumatlandırılması və hakim tərəfindən verilmiş tapşırıqların vaxtında icrasının təmin edilməsi;
-hakimin göstərişinə əsasən qərarların və digər sənədlərin layihəsinin hazırlanması;
-məhkəmə qərarlarını çap edilməsi, lazımi sayda çoxaldılması və aidiyyəti üzrə göndərilməsinin təmin edilməsi;
-məhkəmə iclasında iştirak etmələrinə dair məktubların (bildirişlərin) tərəflərə göndərilməsinin təmin edilməsi;
-hakimin icraatında olan işlər üzrə hesabat məlumatlarının təqdim edilməsi və işlərin təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsi;
-rəhbərliyin və hakimin digər göstərişlərinin icra edilməsi;
-qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi və s.
Təhsilə dair tələblər: Hüquqşünaslıq və beynəlxalq hüquq ixtisası istiqamətləri üzrə ali təhsil
İş stajına dair tələblər: Tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: (МС WINDOWS, MS OFFICE, INTERNET və sairə)- orta səviyyədə
Xarici dil bilikləri: Rus dili-A1;  İngilis dili-A1
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir:

Azərbaycan Respublikasının Konstitusiyasını, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını, “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunlarını, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsini, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsini, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsini, Azərbaycan və Naxçıvan haqqında ümumi məlumatları.