VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 394007
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikası Dövlət Statistika
Komitəsinin Ordubad Rayon Statistika İdarəsi
Şöbənin adı:  
Vəzifənin adı: Baş məsləhətçi-baş mühasib
Vəzifə maaşı: 550 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Ordubad şəhəri, H.Əliyev prospekti 31binanın 1-ci mərtəbəsi
Bilavasitə tabe olduğu şəxs: Ordubad Rayon Statistika İdarəsinin rəisi
Qulluq funksiyaları: -Rayon üzrə mühasibatlığa dair yığılan hesabatlara nəzarət etmək;
-İdarənin aylıq maliyyə əməliyyatlarını icra etmək;
-İşçilərin vergi bəyənnamələrini və məcburi dövlət sosial sığortaları üzrə hesabatlarını hazırlamaq;
-Gündəlik maliyyə işləri ilə əlaqədar sənədləri hazırlamaq, DSMF, işsizlikdən sığorta və vergi hesabatlarını aidiyyəti qurumlara təqdim etmək;
-İdarədə mövcud olan İKT avadanlıqları və təsərrüfat materialları haqqında məlumatların sistemləşdirilməsinə nəzarət etmək;
-Səlahiyyətlərinə aid rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və digər göstərişləri yerinə yetirmək.
Təhsilə dair tələblər: Mühasibat uçotu və audit, maliyyə və iqtisadiyyat ixtisasları üzrə ali təhsil
İş stajına dair tələblər: Vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 il iş stajı
Kompüter biliklərinə dair tələblər: Əməliyyat sistemləri - MS WINDOWS, MS OFFİCE, İNTERNET (yüksək səviyyədə)
Xarici dil bilikləri: Rus dili (A 1), ingilis dili (A 1)
Təşkilatçılıq səriştəsi: Yüksək  səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək  səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək  səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək  səviyyədə
Bilməlidir: Azərbaycan  Respublikasının və Naxçıvan  Muxtar  Respublikasının Konstitusiyaları, "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları