VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 395005
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikası Dövlət Statistika
Komitəsinin Şahbuz Rayon Statistika İdarəsi
Şöbənin adı: “Statistika və təhlil” şöbəsi
Vəzifənin adı: Aparıcı məsləhətçi
Vəzifə maaşı: 480 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Şahbuz şəhəri, H.Əliyev prospekti 35
Bilavasitə tabe olduğu şəxs: Şahbuz Rayon Statistika İdarəsinin rəisi
Qulluq funksiyaları: -Rayon üzrə hesabatların yığılması və yoxlanmasını yerinə yetirmək;
-Sorğusu aparılan ev təsərrüfatları ilə söhbət aparmaq, sorğunu aparan işçilərin işlərinə nəzarət etmək;
-Məxfi məlumatların qorunmasını təmin etmək;
-İdarə rəisi tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək.
Təhsilə dair tələblər: İqtisadiyyat, biznesin idarə edilməsi, kommersiya, statistika, dövlət və bələdiyyə idarəetməsi, dünya iqtisadiyyatı, beynəlxalq münasibətlər, sənaye mühəndisliyi, nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi, maliyyə, mühasibat uçotu və audit, fizika, riyaziyyat, tətbiqi riyaziyyat, informasiya texnologiyaları, istehlak mallarının ekspertizası və marketinqi, sənayenin təşkili və idarə olunması, torpaqşünaslıq və aqrokimya, aqromühəndislik, yer quruluşu, torpaq və şəhər kadastrı, qida məhsulları mühəndisliyi, kimya mühəndisliyi, turizm və otelçilik, elektroenergetika mühəndisliyi, inşaat mühəndisliyi, dövlət və ictimai münasibətlər və sosial iş ixtisasları üzrə ali təhsil
İş stajına dair tələblər: İş stajına dair tələb yoxdur
Kompüter biliklərinə dair tələblər: Əməliyyat sistemləri - MS WINDOWS, MS OFFİCE, İNTERNET (orta səviyyədə)
Xarici dil bilikləri: Rus dili (A 1), ingilis dili (A 1)
Təşkilatçılıq səriştəsi: Orta  səviyyədə
Problemi həll etmək səriştəsi: Orta  səviyyədə
Qərarvermə qabiliyyəti: Orta  səviyyədə
Ünsiyyət qabiliyyəti: Orta  səviyyədə
Bilməlidir: Azərbaycan  Respublikasının və Naxçıvan  Muxtar  Respublikasının Konstitusiyaları, "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları