VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 399003
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikası Dövlət Statistika
Komitəsinin Şərur Rayon Statistika İdarəsi
Şöbənin adı: “Statistika və təhlil” şöbəsi
Vəzifənin adı: Baş məsləhətçi
Vəzifə maaşı: 510 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Şərur şəhəri, Nizami küçəsi  11
Bilavasitə tabe olduğu şəxs: Şərur Rayon Statistika İdarəsinin rəisi
Qulluq funksiyaları: -Rayon ərazisində yerləşən statistik vahidlərdən müəyyən olunmuş dövrlərdə daxil olmuş statistik hesabatların yekunlarının təhlil etmək;
-Rayonun sosial-iqtisadi göstəriciləri üzrə yekun məlumatların hazırlanmasında iştirak etmək;
-Statistik məlumatların elektron-məlumat bazasına daxil etmək;
-İlkin statistik məlumatların məxfiliyini qorumaq;
-Vəzifə səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və digər göstərişlərin yerinə yetirmək.
Təhsilə dair tələblər: İqtisadiyyat, biznesin idarə edilməsi, kommersiya, statistika, dövlət və bələdiyyə idarəetməsi, dünya iqtisadiyyatı, beynəlxalq münasibətlər, sənaye mühəndisliyi, nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi, maliyyə, mühasibat uçotu və audit, fizika, riyaziyyat, tətbiqi riyaziyyat, informasiya texnologiyaları, istehlak mallarının ekspertizası və marketinqi, sənayenin təşkili və idarə olunması, torpaqşünaslıq və aqrokimya, aqromühəndislik, yer quruluşu, torpaq və şəhər kadastrı, qida məhsulları mühəndisliyi, kimya mühəndisliyi, turizm və otelçilik, elektroenergetika mühəndisliyi, inşaat mühəndisliyi, dövlət və ictimai münasibətlər və sosial iş ixtisasları üzrə ali təhsil
İş stajına dair tələblər: Vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 il iş stajı
Kompüter biliklərinə dair tələblər: Əməliyyat sistemləri - MS WINDOWS, MS OFFİCE, İNTERNET (orta səviyyədə)
Xarici dil bilikləri: Rus dili (A 1), ingilis dili (A 1)
Təşkilatçılıq səriştəsi: Orta  səviyyədə
Problemi həll etmək səriştəsi: Orta  səviyyədə
Qərarvermə qabiliyyəti: Orta  səviyyədə
Ünsiyyət qabiliyyəti: Orta  səviyyədə
Bilməlidir: Azərbaycan  Respublikasının və Naxçıvan  Muxtar  Respublikasının Konstitusiyaları, "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları