VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 399584
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikası Dövlət Statistika
Komitəsinin Şərur Rayon Statistika İdarəsi
Şöbənin adı: “İnzibati ərazi dairələri üzrə məlumatların toplanması” şöbəsi
Vəzifənin adı: Böyük məsləhətçi – Püsyan kənd İƏD üzrə
Vəzifə maaşı: 505 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Şərur rayonu, Püsyan kəndi
Bilavasitə tabe olduğu şəxs: Şərur Rayon Statistika İdarəsinin rəisi
Qulluq funksiyaları: -İnzibati ərazi dairəsi üzrə təsərrüfatbaşına kitabın işlənilməsi və təsdiq edilmiş reqlament üzrə statistik sorğuların keçirilməsi;
-İnzibati ərazi dairəsi üzrə yekun məlumatların təhlili;
-Vəzifə səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi
Təhsilə dair tələblər: -Humanitar və sosial ixtisaslar qrupu (dinşünaslıq ixtisası istisna olmaqla);
-İqtisadiyyat və idarəetmə ixtisasları qrupu;
-Təbiət ixtisasları qrupu;
-Texniki və texnoloji ixtisaslar qrupu;
-Kənd təsərrüfatı ixtisasları qrupu;
-Səhiyyə, rifah və xidmət ixtisasları qrupu (turizm və otelçilik, nəqliyyat servisi (nəqliyyat növləri üzrə), sosial iş)
İş stajına dair tələblər: İş stajına dair tələb yoxdur
Kompüter biliklərinə dair tələblər: Əməliyyat sistemləri - MS WINDOWS, MS OFFİCE, İNTERNET (orta səviyyədə)
Xarici dil bilikləri: Rus dili (A 1), ingilis dili (A 1)
Təşkilatçılıq səriştəsi: Orta  səviyyədə
Problemi həll etmək səriştəsi: Orta  səviyyədə
Qərarvermə qabiliyyəti: Orta  səviyyədə
Ünsiyyət qabiliyyəti: Orta  səviyyədə
Bilməlidir: Azərbaycan  Respublikasının və Naxçıvan  Muxtar  Respublikasının Konstitusiyaları, "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları