VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 290023
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi
Şöbənin adı: Aparat
Vəzifənin adı: Baş məsləhətçi-mətbuat və ictimaiyyətlə əlaqələr üzrə
Vəzifə maaşı: 645 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 6-cı təsnifatı
İş yerinin ünvanı: Naxçıvan şəhəri, Nizami küçəsi 51
Bilavasitə tabe olduğu şəxs: Aparat rəhbəri
Qulluq funksiyaları: - Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “Təhsil haqqında” Qanunun tələblərinin icra edilməsində iştirak etmək;
- Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Əsasnaməsinin tələblərinə əməl etmək ;
- Təhsil Nazirliyi və təhsil müəssisələri ilə KİV arasında ən optimal əlaqələrin yaradılmasını təmin etmək;
- Dövlət tərəfindən təhsillə bağlı qəbul edilmiş qanun, qərar və sərəncamların icra vəziyyəti ilə əlaqədar məlumatların KİV vasitəsilə geniş ictimaiyyətə çatdırılmasnı təşkil etmək;
- Ümumi təhsil pilləsinin dövlət standartı və proqramlarının, fənn kurikulumlarının tətbiqində, “Milli Təhsil Strategiyası”nın həyata keçirilməsində iştirak etmək;
- Ümumtəhsil məktəblərinin fəaliyyətinin istiqamət-ləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi, müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədi ilə qabaqcıl müəllimlərin elmi-metodiki və pedaqoji məqalələrlə dövrü mətbuatda çıxışlarını təmin etmək;
- Xüsusi istedada malik olan uşaqların (gənclərin ) yaradıcılıq potensialının inkişafı və üzrə çıxarılması işinin təşkilində iştirak etmək;
- Milli bayramlar və tarixi günlərlə əlaqədar müəllimlərin və digər təhsil işçilərinin yazılarının mətbuatda işıqlandırılması və qazanılmış uğurlarla bağlı televiziya verilişlərinin hazırlanmasında iştirak etmək;
- Təhsil müəssisələrində hüquqi-normativ sənədlərin aparılması və saxlanması haqqında Təlimatın yerinə yetirilməsinə köməklik və nəzarət etmək;
- Muxtar respublika ümumtəhsil məktəbləri şagirdləri arasında müxtəlif intellektual bilik yarışlarının keçirilməsində iştirak və nəzarət etmək;
- Məktəb rəhbərlərinin və pedaqoji kollektivlərin fəaliyyətinin istiqamətləndirilməsinə köməklik göstərmək;
- Təhsil Nazirliyinin fəaliyyəti ilə əlaqədar müvafiq aylıq və illik hesabatların hazırlayaraq rəhbərliyə təqdim etmək;
- İxtisasına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən həyata keçirilən monitorinqlərdə iştirak etmək və müvafiq arayışlar hazırlayaraq təqdim etmək;
-Nazirliyin internet saytının fəaliyyətinin daima yeni materiallarla zənginləşdirilməsini təmin etmək;
- Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək;
- Fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;
Təhsilə dair tələblər: Azərbaycan dili və ədəbiyyat müəllimliyi, jurnalistika, dilşunaslıq, filologiya, politalogiya, Dövlət və ictimai münasibətlər  ixtisasları üzrə ali təhsil
İş stajına dair tələblər: Naxçıvan Muxtar Respublikasının mətbuat orqanlarında 2 il iş stajı
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet və s. (yüksək səviyyədə)
Xarici dil bilikləri: İngilis dili-B1, rus dili -B1
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında”, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılması”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında” Qanunlarını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan və Naxçıvan haqqında ümumi məlumatları