VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 292105
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi
Şöbənin adı: Babək Rayon Təhsil Şöbəsi
Vəzifənin adı: Aparıcı  məsləhətçi
Vəzifə maaşı: 480 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Babək qəsəbəsi
Bilavasitə tabe olduğu şəxs: Şöbə müdiri
Qulluq funksiyaları: - Rayonun ümumtəhsil məktəblərində “Təhsil haqqında” Qanunun tələblərinin icra edilməsində iştirak etmək;
- Rayon Təhsil Şöbəsi haqqında Əsasnamənin tələblərinə əməl etmək; Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinin həyata keçirilməsinə köməklik göstərmək
- Ümumi icbari təhsilin həyata keçirilməsinə, ümumtəhsil məktəblərinə şagirdlərin qəbulu və yerdəyişməsinin  “Təlimat”a uyğun həyata keçirilməsinə köməklik və nəzarət etmək;
- Ümumtəhsil məktəblərində məktəbəhazırlıq siniflərinin yaradılmasına və tam orta təhsilin təmayüllər üzrə təşkilinə köməklik və nəzarət etmək;
- Ümumi təhsil pilləsinin dövlət standartı və proqramlarının, fənn kurikulumlarının tətbiqində, Milli Təhsil Strategiyasının həyata keçirilməsində  iştirak  etmək;
- Ümumtəhsil məktəblərinin fəaliyyətinin istiqamətləndiril-məsi, qabaqcıl təcrübənin öyrənilməsi, müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədi ilə təlim kurslarının təşkilində iştirak etmək;
- Xüsusi istedada malik olan uşaqların (gənclərin ) yaradıcılıq potensialının inkişafı və üzrə çıxarılması işinin təşkilində iştirak etmək;
- Məktəb sənədlərinin aparılması və saxlanması haqqında Təlimatın yerinə yetirilməsinə köməklik və nəzarət etmək;
- Məktəb kitabxanasının fəaliyyətinin Əsasnaməyə uyğun təşkil edilməsinə köməklik və nəzarət etmək;
- Ümumtəhsil məktəbindəValideyn Məktəb Assosiasiyasının Əsasnaməyə uyğun təşkilinə nəzarət etmək;
- Sərbəst yolla (eksternat formasında) ümumi təhsil almaq haqqında Qaydalara uyğun təşkilinə nəzarət etmək;
- Fərdi, distant təhsilin həyata keçirilməsinə, sağlamlıq imkanları məhdud şagirdlərin təhsilə cəlbinə köməklik və nəzarət etmək;
- IX və XI sinif şagirdlərinin buraxılış və qəbul imtahanına hazırlıq  prosesində pedaqoji kollektivlərə köməklik göstərmək, tədris ilinin sonunda dövlət nümunəli sənədlərin verilməsinin qaydalara uyğun olaraq icra edilməsinə nəzarət etmək;
- Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək;
- Fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;
Təhsilə dair tələblər: Pedaqoji profilli ixtisaslar:Azərbaycan dili və ədəbiyyat, fizika, kimya, riyaziyyat, informatika, biologiya , tarix, coğrafiya, təhsildə sosial- psixoloji xidmət , xarici dil müəllimliyi, filologiya; riyaziyyat-informatika, ibtidai  sinif müəllimliyi  ixtisasları üzrə  ali təhsili
İş stajına dair tələblər: Tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet və s.  yüksək səviyyədə
Xarici dil bilikləri: İngilis dili-B1 və rus dili-B1
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", “Vətəndaşların müraciətlərinə baxılması qaydası”, “Azərbaycan Respublikasında dövlət dili”, “Azərbaycan Respublikasının dövlət rəmzləri”, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılması”, “İnzibati İcraat haqqında”, “Təhsil haqqında” Qanunlarını, Azərbaycan Respublikasının İnzibati  Xətalar  Məcəlləsinin  aidiyyati maddələrini, dövlət qulluğu, dövlət orqanı və Büdcədən maliyyələşdirilən təlim-tərbiyə  müəssisələrində əməyin ödənilməsi qaydalarını, vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan və Naxçıvan haqqında ümumi məlumatları