VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 293125
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi
Şöbənin adı: Culfa Rayon Təhsil Şöbəsi
Vəzifənin adı: Təhsilin idarəolunmasının məlumat sistemləri üzrə aparıcı məsləhətçi
Vəzifə maaşı: 480 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Culfa şəhəri
Bilavasitə tabe olduğu şəxs: Şöbə müdiri
Qulluq funksiyaları: - Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqları yerinə yetirir
- Şöbənin  fəaliyyət dairəsinə aid məsələlərlə, respublika təhsil sistemində Təhsilin İdarəolunmasının Məlumat sistemlərinə, Məktəblərin Xəritələnməsi sahəsində işin daim təkmilləşdirilməsi ilə məşğul olur;
- Dövlət hesabatlarının tərtib olunmasına, təhsilin idarəolunması məsələlərinə dair təlimati sənədlərin yerlərdə icrasına nail olur, müvafiq sənədlər hazırlayır.
-UTİS (Ümumi Təhsilin İdarəetmə sistemi) proqramına şagirdlərin, heyətin, hesabatların və b. məlumatların işlənilməsini həyata keçirdir və icrasına nəzarət edir.
-Məktəb hesabatlarının  “Təhsil haqqında” və “Rəsmi statistika haqqında”,  Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun hazırlanması və ümumtəhsil məktəbləri üzrə  formalaşdırılması, təqdim edilməsi və qəbul edilməsinə nəzarət etmək.
-Rəsmi hesabatların formalaşdırılması və təsdiq olunmuş formalarda çapı Təhsilin idarəolunmasının məlumat sisteminin “Ümumi təhsil müəssisələri” (UTİS-Ümumi Təhsilin İdarəetmə sistemi) proqramı vasitəsilə həyatakeçirilməsinə nəzarət etmək.
-Təhsil müəssisələri tərəfindən təqdim olunmuş məlumat bazası əsasında rəsmi statistik hesabatları formalaşdıraraq:
      • elektron hesabatın tələb olunan bütün rekvizitlər üzrə doldurulmasını yoxlayır;
      • məktəb şəbəkəsi, kadr heyəti və şagirdlərlə bağlı digər məlumatların tamlığını yoxlayır;
      • proqram təminatı vasitəsilə çarpaz yoxlamalar apararaq hesabatlarda uyğunsuzluqların olub-olmamasını müəyyənləşdirir;
      • aşkarlanmış xətalarla bağlı ilkin hesabatları təqdim edən qurumu məlumatlandırır və hesabatın dəqiqləşdirilərək yenidən göndərilməsi haqqında göstərişləriniverir.

-TİMS (Təhsilin İdarəolunmasının Məlumat sistemləri) üzrə əlaqələndiricilər rübdə bir dəfədən gec olmayaraq rayon (şəhər) təhsil  şöbələri üzrə  toplu  məlumat  bazasını,  Təhsil Nazirliyinə təqdim edilməsini təmin edir
-“Şagird-məzun” sisteminə nəzarət edərək il ərzində şagirdlərin bazaya daxil edilməsi və azad olunan şagirdləri bazadan çıxarılmasına mütəmadi nəzarət edir.
-İllik iş planlarının icrasını, hesabatların hazırlanmasını monitorinqlərin həyata keçirilməsini təmin edir.
-şöbənin  işinin təkmilləşdirilməsi üzrə təkliflər verir
Təhsilə dair tələblər: Riyaziyyat-informatika, riyaziyyat, İnformasiya texnologiyaları, iqtisadiyyat, fizika müəllimliyi, iqtisadiyyat və idarəetmə,  informatika  ixtisasları  üzrə ali təhsil
İş stajına dair tələblər: Tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet, Elektron lövhə və s. (yüksək səviyyədə)
Xarici dil bilikləri: İngilis dili-B1 və rus dili-B1
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını,  Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası”, “Azərbaycan Respublikasında dövlət dili”, “Azərbaycan Respublikasının dövlət rəmzləri”, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılması”, “İnzibati İcraat haqqında”, “Təhsil haqqında” Qanunlarını, Azərbaycan Respublikasının İnzibati   Xətalar Məcəlləsinin aidiyyati maddələrinin, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan və Naxçıvan haqqında ümumi məlumatları