VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 294107
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi
Şöbənin adı: Ordubad Rayon Təhsil Şöbəsi
Vəzifənin adı: Baş mühasib
Vəzifə maaşı: 550 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Ordubad şəhəri
Bilavasitə tabe olduğu şəxs: Şöbə müdiri
Qulluq funksiyaları: -Təhsil şöbəsinə  yuxarı  orqanlardan daxil olmuş  qərar, sərəncam və əmrlərin vaxtında icra edilməsi
- Müəssisələrin aylıq, rüblük və illik dövriyyə balansının tərtib edilməsi
- Müəssisələrlə (debitor və  kreditor) hesablaşmaların aparılması, əmək haqqıların Vahid Tarif Cədvəli üzrə  işlənməsinə nəzarətin təmin edilməsi
- Tabeliyindəki mərkəzi mühasibatlıq  işçiləri arasında iş bölgüsünün  aparılması, icra  etdikləri işə nəzarət edilməsi və  şöbə  müdirinə vaxtaşırı məlumatların verilməsi
- Təhsil şöbəsi  üzrə bank və kassa  əməliyyatlarının yerinə yetirilməsi və  uçotunun aparılması işinə nəzarətin həyata keçirilməsi
- Təhsil  şöbəsinin  aparatında və  birbaşa tabeliyindəki təhsil müəssisələrin mal-material qiymətlərinin hərəkətinin uçotunun aparılması, inventarlaşdırılmada iştirak edərək ümumi və üzləşdirmə aktlarının tərtib edilməsi
- Şöbənin tabeliyindəki müəssisələrin dövrlər (aylıq, rüblük, illik) üzrə hesabatların tərtibi və lazımi orqanlara (mərkəzi icra hakimiyyəti, maliyyə, vergi, statistika, hesablama palatası, Dövlət Sosial Müdafiə Fondu və s.) tələb edilən vaxtda verilməsi
- Müxtəlif tədbir və proqramlar üzrə  ayrılmış vəsaitin hərəkət uçotunun və hesabatların aparılması və icrasına nəzarətin təşkil edilməsi, monitorinqlərin aparılması
- Tabeliyində olan müəssisə və təşkilatlardan xərclər smetasının (rüblük, illik,) icrası barədə hesabatların qəbulu, təhlili, ümumiləşdirilməsi, yekun hesabatın tərtib edilməsi, təhlillərin aparılması və Təhsil Nazirliyinə təkliflərin verilməsi və s.
- Şöbənin  tabeliyində olan təhsil müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik və nəzarəti həyata keçirmək və Təhsil Nazirliyinə tələb edilən  hesabat və  məlumatların verilməsi
Təhsilə dair tələblər: İqtisadiyyat və idarəetmə, mühasibat uçotu-audit, maliyyə-kredit, Dünya iqtisadiyyatı, İqtisadiyyat  ixtisasları  üzrə ali təhsil
İş stajına dair tələblər: 1 il iş stajı
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet və s. (yüksək səviyyədə)
Xarici dil bilikləri: Rus dili-B1, İngilis dili –B1
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", “Vətəndaşların müraciətlərinə baxılması qaydası”, “Azərbaycan Respublikasında dövlət dili”, “Azərbaycan Respublikasının dövlət rəmzləri”, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılması”, “İnzibati İcraat haqqında”, “Təhsil haqqında” Qanunlarını, Azərbaycan Respublikasının İnzibati  Xətalar  Məcəlləsinin  aidiyyati maddələrini, dövlət qulluğu, dövlət orqanı və Büdcədən maliyyələşdirilən təlim-tərbiyə  müəssisələrində əməyin ödənilməsi qaydalarını, vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan və Naxçıvan haqqında ümumi məlumatları