VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 297103
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi
Şöbənin adı: Sədərək Rayon Təhsil Şöbəsi
Vəzifənin adı: Baş   məsləhətçi
Vəzifə maaşı: 495 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Sədərək rayonu, Heydərabad  qəsəbəsi
Bilavasitə tabe olduğu şəxs: Şöbə müdiri
Qulluq funksiyaları: - Əhatə etdikləri ümumtəhsil məktəblərində “Təhsil haqqında”Qanunun tələblərinin icra edilməsində iştirak etmək;
- Şəhər, Rayon Təhsil şöbələri haqqında Əsasnamənin tələblərinə əməl etmək və Təhsil Nazirliyinə tələb edilən hesabat, məlumat və arayışlar hazırlamaq;
- Ümumi icbari təhsilin həyata keçirilməsinə, ümumtəhsil məktəblərinə şagirdlərin qəbulu və yerdəyişməsinin “Təlimat”a uyğun həyata keçirilməsinə köməklik və nəzarət etmək;
- Ümumtəhsil məktəblərində məktəbəhazırlıq siniflərinin yaradılmasına və tam orta təhsilin təmayüllər üzrə təşkilinə köməklik və nəzarət etmək;
- Ümumi təhsil pilləsinin dövlət standartı və proqramlarının, fənn kurikulumlarının tətbiqində, Milli Təhsil Strategiyasının həyata keçirilməsində iştirak  etmək;
- Ümumtəhsil məktəblərinin fəaliyyətinin istiqamət­ləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi, müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədi ilə təlim kurslarının təşkili;
Fənn birləşmələrinin işinin təşkili, sinif rəhbərlərinin fəaliyyətinin Əsasnaməyə uyğun istiqamətləndirilməsi işinə nəzarətin  həyata keçirilməsi ;
- Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı və üzrə çıxarılması işinin təşkili;
- Məktəb sənədlərinin aparılması və saxlanması haqqında Təlimatın yerinə yetirilməsinə köməklik və nəzarət etmək;
- Məktəb kitabxanasının fəaliyyətinin Əsasnaməyə uyğun təşkil edilməsinə köməklik və nəzarət etmək;
- Ümumtəhsil məktəbində Valideyn Məktəb Assosiasiyasının Əsasnaməyə uyğun təşkilinə nəzarət etmək;
- Fərdi, distant təhsilin həyata keçirilməsinə, sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbinə köməklik və nəzarət etmək;
- IX və XI sinif şagirdlərinin buraxılış və qəbul imtahanına hazırlıq prosesində pedaqoji kollektivlərə köməklik göstərmək,tədris ilinin sonunda dövlət nümunəli sənədlərin verilməsinin qaydalara uyğun olaraq icra edilməsinə nəzarət etmək;
- Məktəb rəhbərlərinin və pedaqoji kollektivlərin fəaliyyətinin istiqamətləndirilməsinə köməklik göstərmək;
- Müvafiq hesabatların, statistik məlumatların, keçirilən monitorinqlərin nəticələri haqqında  arayışların hazırlanması və  şöbə müdirinə  təqdim edilməsi;
- Vəzifəsi üzrə verilən tapşırıqları yerinə yetirməkvə şöbə müdirinə  mütəmadi məlumat vermək;
- Fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək
Təhsilə dair tələblər: Pedaqoji profilli ixtisaslar: Azərbaycan dili və ədəbiyyatı, fizika, kimya, biologiya, riyaziyyat, informatika, tarix, coğrafiya, təhsildə sosial-psixoloji  xidmət, filologiya, xarici dil müəllimliyi, ibtidai sinif müəllimliyi ixtisasları üzrə ali  təhsil
İş stajına dair tələblər: 1 il  iş stajı
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet və s. (yüksək səviyyədə)
Xarici dil bilikləri: İngilis dili-B1 və rus dili-B1
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", “Vətəndaşların müraciətlərinə baxılması qaydası”, “Azərbaycan Respublikasında dövlət dili”, “Azərbaycan Respublikasının dövlət rəmzləri”, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılması”, “İnzibati İcraat haqqında”, “Təhsil haqqında” Qanunlarını, Azərbaycan Respublikasının İnzibati  Xətalar  Məcəlləsinin  aidiyyati maddələrini, dövlət qulluğu, dövlət orqanı və Büdcədən maliyyələşdirilən təlim-tərbiyə  müəssisələrində əməyin ödənilməsi qaydalarını, vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan və Naxçıvan haqqında ümumi məlumatları